Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Vaezinin Bakı səfəri: əsas məqsəd... – Açıqlama

Baxılıb: 547     Tarix: 04-06-2018 14:13   
ABŞ-ın təhdidlərinin, sanksiya hədələrinin artdığı dövrdə Azərbaycan İran üçün çox böyük ticarət və iqtisadi əlaqələr qapısı rolunu oynayır.
Bu sözləri Qanunvehedef.az-a politoloq Qabil Hüseynli İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, Vaezinin Azərbaycana səfərinin məqsədi İranın xarici ölkələrlə iqtisadi əlaqələrini inkişaf etdirməkdir:
“Bunu yaxın qonşu və isti münasibətləri olan Azərbaycanla etmək daha asandır. Çünki Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi İran üçün çox böyük əhəmiyyətə malikdir. Məsələn, biz İranla razılığa gəlmişik ki, Xəzər dənizinin bəzi hissələrində mübahisəli ərazilərə düşən və ciddi karbo hidrogen ehtiyatlarına malik olan ərazilərdə birgə müəsisələr yaradaq və həmin bölgənin karbohidrogen ehtiyatlarını birgə işlədək. İran Azərbaycanda maşınqayırma sənayesinin də inkişafına dəstək olmağa çalışır. Neftçala Avtomobil Zavodunun tikintisi davam etdirilir. Azərbaycanda İrandan gətirilən məhsulların yığılması yolu ilə avtomobil istehsal edilir. Amma gələcəkdə bir çox istehsal sahələrinin Neftçalanın özündə yaradılması nəzərdə tutulur. İranla həmçinin Sumqayıt şəhərində Əczaçılıq zavodunun tikilməsi barədə razılıq da əldə edilib. Bu işə də başlanılıb”.
Politoloq vurğulayıb ki, İranla iqtisadi münasibətlər, ticarət və mədəni əlaqələr sürətlə inkişaf edir:
“Azərbaycan İranın bir sıra məhsullara olan ehtiyacını ödəyir. Yəni hazırda Azərbaycanla iqtisadi əməkdaşlıq İrana hava-su kimi lazımdır. Vaezinin ölkəmizə gəlişi ikili iqtisadi və ticari əlaqələrin inkişafına təsirsiz ötüşməyəcək. Vaezi, ümumiyyətlə, Azərbaycanda tanınan şəxsdir və onun özü azərbaycanlıdır. Hətta Heydər Əliyevin dövründə də o, Azərbaycan-İran İqtisadi Əlaqələri Komissiyasına rəhbərlik edirdi. O dövrdə də o, Azərbaycanla iqtisadi əlaqələrin inkişafında çox böyük rol oynamışdı”.
Politoloq qeyd edib ki, İran-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə daha çox İran meyil edir:
“Azərbaycan qonşularla iqtisadi əlaqələrin inkişafına meyillidir və bitərəf, öz milli maraqlarına uyğun siyasət yeridir. Bu baxımdan Bakı nə Rusiyaya qarşı tətbiq edilən sanksiyaya qoşuldu, nə də İrana sanksiyalara qoşulmaq niyyəti var. İranda Azərbaycanın bu mövqeyindən iqtisadi əməkdaşlığın genişlənməsi üçün istiqadə etmək istəyir və bu, Bakının da maraqlarına uyğundur”.
Qeyd edək ki, İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycana səfərə gəlib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar