Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sumqayıtda üç ayda 9 evi soyanlar ələ keçdilər

Baxılıb: 710     Tarix: 04-06-2018 15:19   

Sumqayıtda bu ilin martından iyunun 1-dək olan müddətdə 9 evdən oğurluq edən şəxslər saxlanılıb.
Qanunvehedef.az DİN-ə istinadən verdiyi xəbərə görə, evlərdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər - Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.
Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar