Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İlham Əliyev sərəncam imzaladı

Baxılıb: 667     Tarix: 08-06-2018 13:40   
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İmamverdi İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2011-ci il noyabrın 7-də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.
Evlidir, 3 övladı var.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar