Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

General planı açıqladı: Türk ordusu xəritəni dəyişir

Baxılıb: 586     Tarix: 13-06-2018 10:33   

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda kritik mərhələni artıq geridə qoyub. Ordumuz İraqda xüsusi bir üsuldan istifadə edir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri istefada olan türkiyəli general İsmayıl Haqqı Pekin deyib.
“Hazırda Türkiyə ordusu quru və hava kəşfiyyatı baxımından çox yaxşı vəziyyətdədir və bu vəziyyət mütləq şəkildə mövcud əməliyyata təsir göstərəcək. Bölgədə bir sıra sərhəd və xüsusi təyinatlı dəstələrimiz fəaliyyət göstərir. Lojistik xəttin təhlükəsiz bir mövqe qazanması ilə 12 komandos briqadası və xüsusi təyinatlıların təcrübəli hərbçiləri bölgəyə göndəriləcək. Bunun xüsusi üsulla həyata keçirilən bir əməliyyat olacağını düşünürəm. Bu dəfə bir neçə min əsgərin hücumu ilə bütün bölgə terrordan təmizlənəcək. Həmin nöqtədə helikopter, təyyarə və PUA-ların dəstəyi mühüm rol oynayacaq”.
Diplomatiya çox vacibdir
“Hazırda Türkiyənin regional fiqurlarla qurduğu pozitiv əməkdaşlıq PKK-nın əsas bazasına vurulacaq zərbə barədə böyük üstünlükləri təmin edəcək. Türkiyə həm Bərzani, Talabani və digər fiqurlarla, həm də İraq hakimiyyəti və İranla yaxşı münasibətlər qurub. Qəndil əməliyyatı ilə bağlı ABŞ-ın da mane olmaq üçün ata biləcəyi hər hansı bir addımı yoxdur. Hadisənin diplomatiya qolunda doğru addımlar atılmağa davam edəcəyi təqdirdə əlimiz daha çox güclənəcək”.
90 gün ərzində bayraq sancılar
Qəndildə terror mərkəzinin məhv edilməsi hərbi olduğu qədər psixoloji cəhətdən də böyük önəm daşıyır. Türk əsgəri 90 gün ərzində Qəndilin zirvəsinə türk bayrağını sancar. “Fərat qalxanı”, “Zeytun budağı” və ardından baş tutacaq Qəndil zəfəri ilə PKK çox ciddi bir dağılma prosesinə qədəm qoyacaq. Kato dağından başlayan hazırlıq mərhələsindən bu yana davam edən əməliyyatlar mövcud şəraitdə belə İran, İraq, Türkiyə və Suriyadakı PKK-çılarda böyük bir təşvişə səbəb oldu. Türkiyə bir yandan öz təhlükəsizliyi, digər yandan bölgə xalqının yeni terror təhdidlərinə məruz qalmaması üçün mövcud sərhəd xəritəsini dəyişdirməlidir. İraqın daxilinə doğru 80 kilometrlik bir təhlükəsizlik xətti yaradılmasa, gələcək illərdə də bölgədə bizim üçün yeni təhdidlər baş qaldıra bilər. Hazırda bunun əsl vaxtıdır və Türkiyə bu vəziyyətdə ciddi addımlar atmalıdır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar