Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakı İrəvanın səhv addımına hazırlaşır - Ekspert

Baxılıb: 782     Tarix: 14-06-2018 09:39   

2016-cı ilin aprelində baş vermiş hadisələr istənilən an təkrarlana bilər.
Bu sözləri politoloq Tofiq Abbasov bu yaxınlarda Belarusla imzalanan razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lərin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi haqda Qanunvehedef.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycan Ordusunun müdafiə potensialının gücləndirilməsi Ermənistanın qeyri-adekvat addımları ilə bağlıdır:
“Ermənistanda inqilabi yolla hakimiyyətə gələn yeni adamlar özləri ilə heç bir praqmatik və müsbət düşüncə gətirmədilər. Bu onu göstərir ki, Ermənistanda qarşıdurma siyasətinə meyilli olan qüvvələrin mövqeləri daha güclüdür. Bu qüvvələr hər an regionda Azərbaycan-Ermənistan münaqişəsi üzərindən böyük problemlər yarada bilər. Azərbaycanın son addımları - Belarusdan “Polonez”lərin alınması, Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim uçuşları keçirməsi məhz bunun qarşısını almağa yönəlib. Ermənistan bilməlidir ki, Azərbaycana qarşı atılacaq hər hansı bir səhv addım Aprel hadisələrinin təkrarlanması ilə nəticələnə bilər. Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi çox dəqiq siyasət aparır və bütün problemlərin qarşısını almaq üçün vaxtında düzgün qərarlar verir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar