Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əliyev-Ərdoğan siyasətinin hədəfi - Ekspert

Baxılıb: 778     Tarix: 14-06-2018 09:50   

Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi TANAP layihəsi Avropada enerji təhlükəsizliyinin və bölgədə sabitliyin təməlini qoydu.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili qeyd edib ki, TANAP gələcək enerji təhlükəsizliyi məsələlərinin həllində mühüm infrastruktur layihəsidir:
“TANAP strateji önəm daşıyan bir layihədir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi TANAP layihəsi Avropada enerji təhlükəsizliyinin və bölgədə sabitliyin təməlini qoydu. Ümumi investisiya dəyəri 40 milyard dolları məbləğində qiymətləndirilən TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir. Nəticədə böyük bir bölgənin enerji təhlükəsizliyi təmin olunacaq. Əminəm ki, digər regionlar gələcəkdə TANAP və TAP layihəsinin imkanlarından istifadə edəcəklər. Çünki TANAP-ın reallaşması digər ölkələr üçün gözəl imkanlar yaradır. Bu isə özlüyündə Azərbaycan və Türkiyənin gələcək inkişafına əlverişli zəmin yaradır. Layihələrin həyata keçirilməsi düşünülmüş siyasətin nəticəsidir”.
Millət vəkili TANAP-ın ardınca TAP layihəsinin də uğurla həyata keçiriləcəyinə ifadə edib:
“Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. Bunlar “Şahdəniz-2” qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsidir. Azərbaycan və Türkiyə bu istiqamətdə öz işlərini davam etdirir. Layihədə iştirak edən Avropa şirkətləri kəmərin tezliklə yekunlaşmasını istəyir. Bu dörd layihənin üçü artıq yekunlaşıb, TAP isə bitmək üzrədir. Ümumiyyətlə, TAP layihəsi də tamamlandıqdan sonra Cənub Qaz Dəhlizi tamamilə icra edilmiş olacaq ki, bu tarixi uğur nəticəsində də Azərbaycanın beynəlxalq enerji bazarlarında nüfuzu qalxacaq”.
Qeyd edək ki, dünən Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar