“SSRİ-yə NİFRƏT ETMİŞƏM…” – “Mimino” Rusiya siyasətçilərini qəzəbləndirib
Baxılıb: 585 Tarix: 21-06-2018 17:58
Məşhur gürcü aktyoru, vaxtilə SSRİ-nin ən tanınmış və sevilən sənətçilərindən olan Vaxtanq Kikabidzenin son açıqlamaları Rusiyada geniş rezonans və hiddət doğurub.
Qanunvehedef.az Rusiya mətbuatına istinadla bildirir ki, Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibə verən populyar “Mimino” filmininin baş qəhrəmanı SSRİ-yə və Rusiyaya heç də rəğbət bəsləmədiyini deyb: “SSRİ-yə nifrət etmişəm və onun dağılmasına sevinmişəm, hansı ki, onu dağıtmaq çox çətin idi…”
Daha sonra V.Kikabidze Rusiyanın da SSRİ-nin yolu ilə getdiyini vurğulayıb və həmçinin qeyd edib ki, həmişə SSRİ-nin gerbinə xüsusi nifrət bəsləyib.
Kikabidzenin bu müsahibəsinə Rusiyada bir çox siyasətçilər və sənət adamları kəskin reaksiya veriblər. Məsələn, Dumanın komitə sədri Aleksey Puşkov deyib ki, Kikabidze hər şeyə məhz SSRİ-nin hesabına nail olub: “Kikabidze hər şeyə görə, SSRİ-yə minnətdar olmalıdır. O, yaşlanıb, ancaq müdrik ola bilməyib…”
Digər deputat Frans Klintseviç isə deyib ki, rusiyalılar Kikabidzeni sənətinə görə seviblər və sevirlər: “Ancaq təəssüf ki, artıq həmin insan yoxdur. Bugünkü Vaxtanq Kikabidzeni isə biz tanımırıq və tanımaq da istəmirik…”
Dumanın başqa bir üzvü, rejissor Vladimir Bortko Kikabidzenin söylədiklərini qəribə, düşünülməmiş və təəccüb doğuran açıqlamalar adlandırıb.
Rusiya Kommunist Partiyasının sədri G.Zyuqanov isə daha da irəli gedərək, məşhur aktyoru satqın adlandırıb: “Məncə SSRİ-nin dağılmasına yaramazlar və satqınlar sevinə bilər.Bunu edənlər öz vicdanları və gələcək nəsillər qarşısında böyük səhvə yol veriblər…”
Xatırladaq ki, V.Kikabidze SSRİ dövründə çəkilən bir çox məşhur filmlərdə baş rol alıb və həm aktyor, həm də müğənni kimi tamaşaçıların böyük rəğbətini, sevgisini qazanıb. Ancaq 2008-ci ildə Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyandan sonra Rusiyada çıxış etməkdən imtina edib. Həmin vaxtdan məşhur artist Rusiyaya ayaq basmayıb.
Ən çox oxunanlar
Son xəbərlər