Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu, dünyanın əksər ordusunda yoxdur, bizdə var - Şərh

Baxılıb: 523     Tarix: 27-06-2018 08:31   

Bu parad ərazi bütövlüyünün təmin olunacağına və sonuncu erməni quldur dəstəsinin ərazilərimizdən qovulub çıxarılacağı günün elə də uzaq olmadığına böyük inam formalaşdırdı.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, ölkə prezidenti də ordumuzun keçdiyi tarixi yola nəzər salmaqla ordunun bugünkü vəziyyətinin yeni bir keyfiyyət mərhələsinə qədəm qoyması kimi səciyyələndirdi:
“Və bildirdi ki, Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Təbii ki, bu ordu quruculuğuna çox böyük diqqət yetrməyimizin nəticəsidir. Bu gün hərbi şəhərciklərin 80%-i istiliklə təmin edilib və yenidən tikilib. Burada ordu zabitləri və əsgərləri üçün lazım olan ən yüksək səviyyəli şərait yaradılıb. Əsgərlərin məişət xidmətlərindən azad edilməsi isə çox qürurvericidir. Dünyanın hələ barmaqla sayılacaq ölkələrində orduda əsgərlər məişət qulluğundan azad ediliblər. Əsgər yeməyinin bişirilməsi, əsgərə xidmət, onun pal-paltarlarının yuyulması, hərbi şəhərciyin təmiz və gigiyenik vəziyyətdə saxlanılması artıq mülki vətəndaşlar tərəfindən həyata keçirilir. Əsgər yalnız döyüş hazırlığı və hərbi xidmətlə əlaqədar olaraq onun qarşısında duran vəzifələri öyrənmək və yerinə yetirməklə məşğul olur”.
Politoloq vurğulayıb ki, bu gün Azərbaycan Ordusu Ermənistanda istənilən hərbi bölməni vurmağa qadirdir:
“Prezident ordunun qüdrətini göstərən fakt kimi vurğuladı ki, bu gün Azərbaycan ordusu istənilən nöqtədə öz rəqiblərinin yerləşdiyi ərazidə istənilən hərbi qruplaşmanı məhv etmək, sıradan çıxarmaq gücünə malikdir. Bizim üçün müharibənin birinci mərhələsi başa çatıb. Qarşıda onun ikinci mərhələsi durur. Prezidentin bu sözləri bir daha təsdiq edir ki, biz Azərbaycan torpaqlarını işğaldan azad etməkdə və ərazi bütövlüyümüzü təmin etməkdə qərarlıyıq. Aprel müharibəsi və Naxçıvan hərbi əməliyyatları da bir daha göstərdi ki, ordumuzun döyüş qabiliyyəti kifayət qədər yüksək səviyyədədir və qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün yetərlidir”.
Q.Hüseynli keçirilən hərbi parad haqqında çox yüksək təəssüratı olduğunu da bildirib:
“Bunu Azərbaycan əhalisinin böyük hissəsinin adından da deyə bilərəm. Çünki səhər tezdən Azadlıq meydanına böyük insan axını var idi. Onlar ordumuzun hərbi paraddakı keçidinə baxmağa can atırdılar. Əlbəttə bütün Bakı şəhəri ən azından ordunun Hərbi Hava Qüvvələrinin təyyarələrinin nümunəvi uçuşlarını seyr etdi. Həmin təyyarələr çox yüksək hərbi ustalıq göstərdi. Təyyarələrdən biri təyyarə üçün ən mürəkkəb əməliyyat olan "salto" əməliyyatını yerinə yetirdi. Bununla da sübut edildi ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Döyüş helikopterləri, qırıcı bombardmançı təyyarələrin keçidi də çox möhtəşəm idi”.
Politoloq vurğulayıb ki, əvvəl keçirilən paradlarda nümayiş olunan silahlarla müqayisədə bu gün Azərbaycan ordusunun təchizatının yüksək səviyyədə olması dərhal nəzərə çarpırdı:
“Yeni silah növləri, xüsusilə yeni yaradılmış Bakı Artilleriya Qüvvələrinin döyüş texnikasının meydandan keçməsi hər kəsin diqqətinin oraya yönəlməsinə səbəb oldu. Ümumiyyətlə, son illərdə Azərbaycan ordusunun döyüş hazırlığı ən yüksək səviyyəyə çatıb. Bunu meydandan keçən xüsusi təyinatlı qoşunların ötkəm addımlarından da hiss etmək olurdu.
Azərbaycan ordusu yeni döyüş hissələrinin, qoşun növlərinin yaradılması ilə və bu qoşun növlərinin yüksək texniki təchizatı ilə diqqəti cəlb edir. Ordumuzun yaranmasının 100 illiyi münasibəti ilə keçirilən hərbi parad ordumuzun inkişafı tarixində yeni bir mərhələnin yarandığını sübut edən hərbi tədbir oldu. Güman edirəm ki, oradan hazırlanmış reportajların ekranda göstərilməsi Azərbaycanın bütün bölgələrində yaşayan əhalinin, xalqımızın milli qürur hissinin çox yeni çalarla zənginləşməsinə kömək edəcək. Eyni zamanda millətimizin əhval-ruhiyyəsi də çox yüksək səviyyəyə qalxacaq. Bu gün Azərbaycan xalqının özü üçün qürurverici və tarixi bir gün idi. Biz ordumuzun qüdrətini əyani surətdə göstərən çox yüksək səviyyəli bir paradın şahidi olduq”.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar