Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanın təşəbbüsünə 126 dövlət qoşuldu - BMT-də

Baxılıb: 610     Tarix: 28-06-2018 13:32   
 
BMT-nin İnsan Hüquqları Şurasının davam edən 38-ci sessiyası çərçivəsində iyunun 27də Azərbaycanın təşəbbüsü, 126 BMT-yə üzv dövlətin, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin həm-müəllifliyi ilə Birgə Bəyanat səsləndirilib.
 
 
 
XİN-dən APA-ya verilən məlumata görə, Bəyanat BMT-nin İnsan Hüquqları Şurası üzvlərinin 2/3-si tərəfindən dəstəklənib.
 
 
 
Azərbaycanın BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tərəfindən səsləndirilən bəyanatda cari ilin avqust ayında BMT-nin Baş Katibi tərəfindən təyin edilməsi gözlənilən BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarından BMT üzv dövlətlərinin gözləntiləri əksini tapıb.
 
 
 
Bəyanatda silahlı münaqişə qurbanlarına xüsusi yer ayrılır və təyin olunacaq yeni Ali Komissar silahlı münaqişələr nəticəsində yurd-yuvalarından didərgin düşmüş şəxslərin pozulmuş hüquqlarına xüsusi diqqət yetirməyə çağırılır.
 
 
 
 Təyin olunacaq Ali Komissardan öz fəaliyyəti müddətində BMT Nizamnaməsini rəhbər tutmağa və BMT üzv dövlətlərinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa dair gözlənti ifadə olunur.




 
 
 
 




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar