Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

1949-da başlayan savaş bitdi, Rusiya məğlub oldu

Baxılıb: 539     Tarix: 03-07-2018 16:22   

Çin özünün klassik hərb sənəti ənənələrinə uyğun şəkildə heç bir qılınc çəkmədən və bircə atəş açmadan Rusiya Federasiyası üzərində parlaq strateji qələbə qazandı.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Andrey Piontkovski deyib.
“Kreml kleptokratiyası təbii faydalı qazıntı yataqlarının uzunmüddətli işlənməsi üçün bu ölkənin şirkətlərinə onlarla lisenziya verib. Həmin yataqlardan əldə olunan xammal əsasında Çində dəmir, mis, molibden, qızıl, stibium (sürmə), titan, vanadium, gümüş, germanium, qalay və digər məhsullar istehsal olunacaq. Çin orada çinli işçilərin işləyəcəyi halda Rusiya ərazisində də emal zavodları yaradır”, - Piontkovski bildirib.
Onun sözlərinə görə, Çin məhz bu cür sxem əsasında Afrika diktatorları ilə də bir sıra müqavilələr imzalayıb. Analoji proqrama sərhəd-keçid məntəqələrinin genişləndirilməsi və əmək fəaliyyəti sahəsində Rusiya-Çin əməkdaşlığının gücləndirilməsi daxildir.
Çində Rusiyada torpaq icarəsi və alınmasını həyata keçirən kənd təsərrüfatı istehsalına investisiyalar üçün xüsusi dövlət şirkəti yaradılıb. Nəticədə, Sibir və Uzaq Şərqdəki geniş meşələr, su qaynaqları Çin Xalq Respublikasının sərəncamına verilib.
“Əslində, Çin coğrafi sərhədlərindən kənarda olan strateji ərazinin uzun müddət istifadəsi üçün bu gün ehtiyac duyulan hər şeyi əldə etdi. Yenidən lisenziya almaq üçün onlar gəlməyəcək. Bundan sonra oyun yalnız Çinin qaydaları əsasında oynanılacaq”, - ekspert bildirib.
Bununla yanaşı, Çin şimal hərbi dairələrində hərbi təlimlər keçirir və özünün qurudan genişmiqyaslı potensial hücum planına hazırlığını nümayiş etdirir.
“Putin Qərb qarşısında şantaj və nüvə təhdidlərindən istifadə edə bilər, ancaq belə fəndlər Çin üzərində fayda verməz. Tammiqyaslı toqquşma ssenarisində hazırki Çin hərb tarixində ilk dəfə olaraq münaqişənin bütün eskalasiya mərhələlərində Rusiyanı üstələyən bir rəqibdir.
Yuxarıda qeyd olunanların hamısı onu deməyə əsas verir ki, 1949-cu il dekabrın 19-da başlayan yetmişillik Çin-Rus müharibəsi başa çatıb.
Rusiya məğlubiyyətə düçar oldu.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar