Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Paşinyan ilk görüşdə bu iddianı irəli sürsə... – Qarabağ dialoqu

Baxılıb: 621     Tarix: 09-07-2018 10:29   

Putin ilin sonunadək liderləri görüşdürməyə çalışacaq.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan rəsmiləri də artıq müharibənin qaçılmaz olduğunu etiraf edirlər:
“Təsadüfi deyil ki, Ermənistan prezidenti Armen Sərkisyan deyib ki, müharibə hamı üçün dağıdıcı olacaq. Yaxşı ki, hələ bunu anlayır. Buna baxmayaraq, Armen Sərkisyan İlham Əliyevlə görüşə hazır deyil, o, Azərbaycan prezidenti ilə Nikol Paşiyanın görüşüb müzakirə aparması gərəkdiyini bildirib. Sərkisyan baş naziri ona görə qabağa verir ki, Ermənistanda Konstitusiya dəyişikliyindən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazirdir”.
Politoloq qeyd edib ki, yaxın zamanda Kremlin Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirini görüşdürməyə çalışması mümkündür:
“Bu, payız aylarında baş tuta bilər. Unutmayaq ki, avqustun 30-da İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Nikol Paşinyanı dinləməkdə qəbahət görmürəm. Ancaq elə birinci görüşdəcə o, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını bölgənin statusu ilə əlaqələndirərsə, onunla növbəti görüşə ehtiyac qalmayacaq. Ümumiyyətlə, diplomatiyanın arxa plana keçdiyi və ordunun yeni strateji hədəfləri olduğu halda qarşı tərəflə mənasız görüşlərə ehtiyac yoxdur”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar