Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrəvanda bu obyektlərə zərbə endirsək... - MN-dən sərt cavab

Baxılıb: 670     Tarix: 24-07-2018 16:06   

on günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur.
Bunu Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnatsakyanın “lazım gələrsə, Mingəçevir SES-ə dərhal zərbə endiriləcəyi” barədə dedikləri ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a bildiriblər.
Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir:
"L.Mnatsakanyanın budəfəki, absurd bəyanatına gəlincə isə Azərbaycan hava hücumundan müdafiə və raketəleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir.
Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq".шаблоны для dle 11.2