Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Çavuşoğlu Azərbaycan səfirliyinə hücumdan danışdı

Baxılıb: 832     Tarix: 08-08-2022 15:18   

“Azərbaycanın Londondakı səfirliyinə hücum qəbuledilməzdir”.
Qanunvehedef.az xəbər verir ki, bunu APA-ya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ceyhun bəylə danışdım, edə biləcəyimiz bir şey varmı deyə soruşdum. O, hər şeyin nəzarət altına alındığını, bunu törədən bəzi şəxslərin saxlanıldığını dedi. Biz bu cür təxribatlara boyun əyəcək millət və dövlətlər deyilik. “Bir millət, iki dövlətik”, hər zaman Azərbaycanın yanındayıq”, - XİN rəhbəri vurğulayıb.
Bundan başqa, nazir qeyd edib ki, diplomatik missiyaların qorunması Vyana konvensiyasına əsasən ev sahibi olan ölkənin məsuliyyətidir və bu cür təxribatlara yol verməmək üçün daha effektiv tədbirlər görülməlidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar