Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatdı
Baxılıb: 314 Tarix: 27-08-2022 17:44
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Ceyhun Bayramov Azərbaycanla Avropa Şurası arasında səmərəli dialoqun mövcud olduğunu vurğulayıb. AŞ ilə əməkdaşlığa dair 2022-2025 illər üzrə fəaliyyət planının vacib istiqamətlərdən biri olduğunu qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün dialoqun davam etdiyini, bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Zoltan Hernyeş Azərbaycanda son beş il ərzində fəaliyyət göstərdiyi dövrdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın, qarşılıqlı anlaşma və etimad əsasında genişləndiyini bildirib. Bu ilin aprel ayında Avropa Şurası Baş katibinin Azərbaycana səfərinin münasibətlərə müsbət töhfə verdiyini, 2022-2025 illər üzrə fəaliyyət planı çərçivəsində Azərbaycanın ehtiyaclarına uyğun olaraq bir sıra layihələrin icrasına başlanıldığını vurğulayıb. Azərbaycan tərəfindən milli səviyyədə həyata keçirilən hərtərəfli islahatların önəm daşıdığı, Avropa Şurasının bu islahatlara dəstək üçün aidiyyəti qurumlar ilə birgə layihələr icra etdiyini bildirib.
Ceyhun Bayramov daha sonra, qarşı tərəfi bölgədəki cari vəziyyət, post-münaqişə sonrası Azərbaycanın sülh gündəliyi və həyata keçirilən tədbirlər, regional əməkdaşlıq imkanları, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıb. Zoltan Hernyeş öz növbəsində, Azərbaycanın bölgədə və beynəlxalq çərçivədə həyata keçirdiyi xarici siyasətin, inteqrasiya proseslərinə töhfəsinin vacib olduğunu bildirib. Avropa Şurasının sülh və barışıq səylərinə dəstək verəcəyinə ümidvar olduğunu qeyd edib.
Ceyhun Bayramov səfir Hernyeşə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər