Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Mərakeş Kralına məktub göndərdi

Baxılıb: 748     Tarix: 29-08-2022 11:07   

Prezident İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubun mətnində deyilir:
“Əlahəzrət,
Əziz Qardaşım,
Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, qardaş xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz dini və mədəni köklər ilə bir-birinə bağlı olan xalqlarımız arasındakı dostluq münasibətlərinə xüsusi əhəmiyyət veririk. Ötən otuz il ərzində dövlətlərarası əlaqələrimizin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Eyni zamanda beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı, ölkələrimizin qarşılıqlı dəstəyini yüksək qiymətləndirirəm.
Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, qardaş xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.
Əlahəzrət, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.шаблоны для dle 11.2



Ən çox oxunanlar