Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Metro və avtobusda qiymətlər ona görə artdı ki... - Deputat AÇIQLADI

Baxılıb: 756     Tarix: 31-07-2018 13:39   

"Tarif Şurasının qərarı ilə nəqliyyat sahəsində qiymətlərin artımı ilk növbədə dövlət xərclərinin azalmasına xidmət edəcək. Bu, həm də nəqliyyat sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırılmasına da dəstək olacaq".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Tarif Şurasının nəqliyyat sektorunda qiymət artımı ilə bağlı qərarını şərh edərkən deyib.
Millət vəkili fikirini belə əsaslandırıb ki, nəqliyyat dotasiya, yəni zərərlə işləyən sahədir, gəlirləri xərclərini ödəmədiyinə görə, onlara dövlət tərəfindən vəsait ayrılırdı:
"Qiymət dəyişikliyindən sonra dövlətin bu sahəyə ayırdığı xərcləri bu sektordan istifadə edən vətəndaşlar bölüşmüş olacaq. Dövlət isə həmin xərcləri daha çox sosial sahəyə yönəltmiş olacaq. Eyni zamanda nəqliyyat təsərrüfatının yenilənməsi, yeni avtobus, qatarların alınması, xidmət keyfiyyətinin artırılması günün tələblərindən biridir. Bakı şəhəri turizm mərkəzinə çevrilir, xarici turistlərimiz olur. Bu mənada nəqliyyat sektorunda komfortun artması, bu sahənin yenilənməsi baxımından gəlirlərinin artırılması labüddür".
Millət vəkili onu da vurğulayıb ki, bu artım o qədər də böyük deyil:
"Azərbaycanda nəqliyyatdan istifadə üçün ödənişlər digər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bu artım isə vətəndaşların büdcəsinə ciddi təsir edəcək səviyyədə yüksək deyil. Ona görə Tarif Şurasının qərarı dövlət xərclərinin azaldılması, digər tərəfdən nəqliyyat sektorunda yenilənmələrə dəstək, vətəndaşların rahatlığını təmin etmək məqsədi daşıyır".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar