Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İran Ermənistana bu yardımı dayandırsa... - Millət vəkili

Baxılıb: 621     Tarix: 19-08-2018 09:58   
Ermənistanın mifologiyasında az qala bütün dünyaya ərazi iddiaları var.
Bu sözləri millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Ermənistanın Azərbaycan, Gürcüstan, İran və Türkiyəyə qarşı ərazi iddiaları hər zaman mif olaraq da qalacaq:
“Ermənistan indi sadəcə Rusiyanın bir hərbi bazasıdır. Son vaxtlar bu ölkədə mitinqlər keçirildi, hakimiyyət inqilab yolu ilə dəyişildi. Ancaq buna rəğmən Ermənistan müstəqilliyini hələ də bərpa edə bilməyib. Ermənistanda qərb yönlü siyasət barədə söz-söhbətlər dolaşır, ancaq reallıqda belə bir siyasət yoxdur. Əksinə bu gün Ermənistanda qarşıdurma meyilləri getdikcə daha da artır. Ona görə də Ermənistan mifologiyasına qarşı hər hansı bir diplomatik mübarizəyə ehtiyac görmürəm. Azərbaycan və Türkiyə bu gün iqtisadi, siyasi və hərbi gücü ilə öz sözünü deyir. Yeganə İrandır ki, bu gün Ermənistana siyasi, iqtisadi dəstək verir. Təkcə İranın Ermənistana bu yardımı dayandırması kifayətdir ki, işğalçı boğulsun. Ancaq hələ ki İranın Ermənistanla bağlı siyasətində hansısa bir dəyişiklik nəzərə çarpmır”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar