Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Niyə "türk" yox, "türkdilli..." - Mühüm izah

Baxılıb: 612     Tarix: 06-09-2018 12:59   
Qırğızıstanda türkdilli dövlət başçılarının iştirakı ilə keçirilən 6-cı sammitin kifayət qədər maraqlı və əhəmiyyətli müzakirələrlə yadda qaldı.
Qanunvehedef.az xəbər verir ki, bunu Şərq-ə açıqlamasında "Teleqraf” Media Holdinqinin rəhbəri, politoloq Aynur Camalqızı deyib.
Aynur Camalqızının sözlərinə görə, bu sammit region və bütün türkdilli xalqlar üçün də mühüm bir görüşdür:
“Çünki illər əvvəl türkdilli dövlətlərin birləşməsi sadəcə bir illüziya kimi görünürdü”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ilk toplantısının 2009-cu ildə Naxçıvanda keçirildiyini xatırladan Aynur xanım türk dövlətləri arasındakı yaxınlaşmanın ilk olaraq o vaxtdan müşahidə olunduğunu deyib.
Onun sözlərinə görə, türkdilli dövlətlərin birliyinin möhkəmlənməsində ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü və səyləri danılmazdır:
"Həmin il bu toplantı bütün türk dövlətləri və xüsusən də qardaş Türkiyə tərəfindən böyük maraqla qarşılandı və dəstək verildi.
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən 6-cı zirvə görüşü bir daha göstərdi ki, türk birliyi ideyası sadəcə Azərbaycan və Türkiyənin arzularından ibarət deyil, Mərkəzi Asiya ölkələri də bu birlikdə maraqlıdırlar. Əlavə olaraq, Tatarıstanın bu sammitə qoşulması müsbət haldır.
Özbəkistan və Macarıstan da ilk dəfədir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündə iştirak edib. Özbəkistan sammitə fəxri qonaq, Macarıstan isə müşahidəçi ölkə kimi qatılıb. Bunun özü də böyük bir göstəricidir. Macarıstan dövləti türkdilli dövlət olmasa da, tarixən orada türkdilli xalqlar yaşayıb”.
Rəsmi Bakının türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsində maraqlı olduğunu vurğulayan A.Camalqızı hesab edir ki, bu platforma xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməsi baxımından əhəmiyyətlidir:
"Xatırlayırsınızsa, bəzən müxalif mediada türkdilli dövlətlər əvəzinə türk dövlətləri ifadəsinin seçilməsi zəruri hal kimi qeyd olunurdu.
Halbuki bu Şuranın adının türk yox, Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurası olması uzaqgörən siyasətin göstəricisidir. Bu platformanın məqsədi sadəcə türk dövlətlərini deyil, türklərin yaşadığı, məskunlaşdığı ərazilərin birləşdirilməsindən gedir. Bu birlik ideyasının miqyası bizim düşündüyümüzdən də qat-qat genişdir. Bu görüşdə Prezident İlham Əliyevin çıxışının Azərbaycan üçün xüsusi əhəmiyyəti var.
Ölkə başçısı Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə ifşa edərək Dağlıq Qarabağ münaqişəsini Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qırğızıstanda keçirilən VI Zirvə görüşündə gündəmə gətirib. Türkiyə Prezidenti Ərdoğan da bu çıxışa dəstək verib.
Sözsüz ki, bu cür əhəmiyyətli bir platformada - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə Dağlıq Qarabağ probleminin qabardılması bizim üçün son dərəcə əhəmiyyətli bir haldır. Ən azından bu ölkələrin münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsinə müəyyən təsiri ola bilər”.
Növbəti sammitin Bakıda keçiriləcəyini qeyd edən A.Camalqızının sözlərinə görə, bununla da bütün dünya ölkələrinin diqqəti yenidən Azərbaycana yönələcək. Bu həm də Azərbaycanın regionda lider dövlət olduğunun növbəti təsdiqidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar