Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Putinin Nikolla görüşdən dərhal sonra Bakıya hədiyyəsi

Baxılıb: 747     Tarix: 11-09-2018 15:06   

Əslində, Fəxrəddin Abbasov və onun kimilər hər zaman oyuncaq olublar. Yəni Azərbaycanda hansısa etnik qrupun Azərbaycan dövlətinə qarşı getməsi nə mümkündür, nə də inandırıcı. Çünki ölkəmizin tolerantlıqla bağlı böyük ənənəsi var və bizdə heç bir milli kompleks yoxdur. Bu kimi qondarma, saxta iddialardan isə dövlətimizə qarşı hər zaman düşmən güclər istifadə edib.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Məhəmməd Ərsoy Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Fəxrəddin Abbasovun (Aboszadə) ötən gün Rusiyada həbs olunması haqda danışarkən deyib. O bildirib ki, F.Abbasovun bu ərəfədə həbsi və Azərbaycana ekstradisiyası üçün hazırlıqların aparılması təsadüfü deyil:
“Bu hadisəni İlham Əliyevlə Putin arasında Soçi, Paşinyanla Putin arasında Moskva görüşü və Putinin Azərbaycana gözlənilən səfəri çərçivəsində dəyərləndirmək lazımdır. Məlumdur ki, Fəxrəddin Abbasov Ermənistan xüsusi xidmət orqanlarının agenti idi. Onu hər zaman həbs etmək olardı. Amma Rusiya bu qərarı indiki ərəfədə verdi. Burada Əliyev-Putin görüşünün effekti fonunda Paşinyanın Moskva səfərinə Rusiyanın üstüörtülü mesajı və Azərbaycana jesti kimi incə bir məqamı yaddan çıxarmaq olmaz”.
M.Ərsoy bildirib ki, M.Abbasovun Azərbaycana təhvil verilib-verilməyəcəyini zaman göstərəcək:
“Ancaq yayılan xəbərlərdə qeyd olunur ki, Azərbaycana ekstradisiya olunması üçün hüquqi addımlar atılır. Amma bu baş verməyə də bilər. Bütün hallarda isə mən bu həbsin özünü Kremlin İrəvana xəbərdarlığı, Bakıya jesti kimi dəyərləndirirəm”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar