Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Deputat: "Fəxrəddin Abbaszadə yalvaracaq..."

Baxılıb: 1 031     Tarix: 11-09-2018 16:28   

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.
Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən deputat, Yeni Azərbaycan Partiyasının üzvü Cavanşir Paşazadə Modern.az-a açıqlamasında Fəxrəddin Abbaszadənin həbsinə sevindiyini bildirib:
"Azərbaycanın xalqının çörəyini yeyən, Azərbaycan xalqının içərisində "göyərən" insanın başqa ölkələrdə dövlətimizə qarşı formalaşdırmaq istədiyi mənfi fikirlərə dəstək verməsi utancvericidir. Fəxrəddin Abbasovun hazırkı durumu onun törətdiyi əməllərə görə aldığı cəzadır. Belələri həm qanun qarşısında, həm də Allah qarşısında cavab verəcək".
Deputat qeyd edib ki, xalqına üz çevirən bütün insnaların aqibəti o sepratçının aqibəti kimi olacaq:
"Bundan sonra Azərbaycana ekstradisiya olunacaq. Gələnə qədər ermənilərə qulluq edən, onların fikrinə dəstək verən Fəxrəddin Abbaszadə Azərbaycanda olanda "mənim xalqım, mənim millətim" deyib yalvaracaq. Öz dövlətinə, xalqına, millətinə xain çıxan adamlar bu cür hərəkətlərə qadirdir. O bilmir ki, buna qədər Azərbaycanın apardığı siyasəti qonşu dövlətlər dəstəkləyir. İstər Rusiyada olsun, istər Türkiyədə olsun, istərsə də digər ölkələrdə olsun, o cəzasına çatmalı idi. Xaricdə oturub, başqa ölkələrin süfrəsinin qırıntılarını yeyənlərin sonu bax, belə olur. Qoy başqalarına da dərs götürsün".
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmalar Dövlət Təhlükəsizlik Xidmətilə (DTX) birgə aparılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar