Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Makronun ardınca İrəvana Trudo da gəldi – Yeniləndi

Baxılıb: 687     Tarix: 11-10-2018 10:42   

Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bridcit Makronla birgə İrəvana gəlib.
Qanunvehedef.az xəbər verir ki, onları İrəvan hava limanında Ermənistan Xarici İşlər naziri Zöhran Mnatsakanyan qarşılayıb.
Qeyd edək ki, Makron Ermənistanda keçiriləcək Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci sammitində iştirak edəcək.
Frankfoniya fransızdilli ölkələrin əməkdaşlıq təşkilatıdır. Müasir dövrdə təşkilata üzvlük bir ölkənin əhalisinin fransız dilini bilməsinə görə yox, onun daha çox Fransa ilə onilliklər ərzində formalaşan mədəni əlaqələrinə görə aparılır.
Hazırda təşkilata üzv ölkələrin sayı 58, müşahidəçilərin sayı isə 26-dır. Ermənistan bu təşkilata 2008-ci ildə qəbul edilib.
***
Fransa Prezidenti Emmanuel Makronla bərabər, Frankofoniya sammiti üçün İrəvana Kanada Baş naziri Castin Trudo, Belçika Baş naziri Şarl Mişel də gəlib. Sammitdə ümumilikdə 84 nümayəndə heyətinin iştirakı gözlənilir.
Sammit çərçivəsində bir neçə sənəd qəbul ediləcək. Bunlar sırasında əsas yeri “Birgə yaşamaq” deklarasiyası tutacaq.
Bundan başqa 6 qətnamə də qəbul ediləcək ki, bunlardan biri konfliktlərin həllinə aid ediləcək.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar