Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Dələduzlar 200 il yaşamalıdır ki... – Millət vəkili

Baxılıb: 553     Tarix: 12-10-2018 14:20   

Milli Məclisdə eyni mənzilin bir neçə nəfərə satılması problemi qaldırılıb.
Qanunvehedef.az xəbər verir ki, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bəzən göydələnin onu tikdirənin deyil, tamam başqa bir adamın adına qeydiyyata alınmış olduğunun müşahidə edildiyini deyib:
“Həmin adamın da şirkətdən heç xəbəri olmur. Bəzi hallarda məcburi köçkünlərin adından istifadə edirlər. Hesab edirəm ki, belə tikinti şirkətlərini qeydə alarkən həmin şəxsin daxma tikmək imkanının olub-olmadığını aydınlaşdırmaq lazımdır. Düzdür, hüquq buna qadağa qoymur. Ancaq hesab edirəm ki, bu məsələ diqqətdə olmalı və bunun hansısa yolunu tapmalıyıq.
Məsələnin ikinci tərəfi insanları aldadan şəxslərin məsuliyyətə cəlb edilməsidir. Bəzən 50-dən çox adamı aldadırlar, amma onlara 10-15 il cəza verilir. İnsanlar, müəllimlər, həkimlər illərlə işləyib pul toplayır və mənzil almaq istəyir, sonda belə dələduzların qurbanına çevrilirlər. Dələduzlar 200 il yaşamalıdır ki, insanlara vurduqları ziyanı ödəyə bilsinlər. Bu, təkcə vətəndaşa qarşı cinayət, maddi vəsaitin ələ keçirilməsi deyil, həm də 20-30 il ömrün oğurlanması deməkdir. Bu dələduzluqların aradan qaldırılması üçün çıxış yolu tapmalıyıq”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar