İvanişvili ermənipərəst namizədə pul ayırdı
Baxılıb: 495 Tarix: 12-10-2018 14:22
Gürcüstan prezidentliyinə müstəqil namizəd olan Salome Zurabişvili özünün seçkiqabağı təşviqat kampaniyası üçün 2,1 milyon lari (797 min dollar) toplaya bilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Dövlət Audit Xidməti yayıb. Zurabişvili əldə etdiyi pulların 1,1 milyonluq hissəsini ianələr hesabına əldə edib. Daha 1 milyonu isə o, milyarder Bidzina İvanişvilinin “Karta Bank”ından götürüb. Təşviqat kampaniyası zamanı Zurabişvili 1,9 milyon lari xərcləyib ki, bunun da 1,4 milyon larisi reklamlara ayrılıb.
Gürcüstanın “Birinci kanal”ına müsahibə verən Zurabişvili aldığı krediti özünün ödəmək fikri olmadığını bildirib:
“Mən faizləri ödəməyə hazırlaşmıram. Belə ki, seçkidə 10% yox, 70% səs toplayacağam. Mən müstəqiləm”.
Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, namizəd seçkidə 10%-dən çox səs toplayacağı halda dövlətdən öz xərclərinin kompensasiyası üçün 1 milyon lari tələb edə bilər.
Bundan öncə Zurabişvilini İvanişvilinin Gürcü Arzusu Partiyası dəstəklədiyini bildirmişdi.
Zurabişvili bir müddət əvvəl Samsxe Cavaxetiyada ermənilərə dəstək nümayiş etdirmişdi. O, çıxışı zamanı Saakaşvilini ittiham edərək, onun ermənilərin yerinə türklərə pasport payladığını bildirmişdi.
Gürcüstanda prezident seçkisi 28 oktyabrda keçiriləcək. Seçkidə əsas liderliyi Vahid Milli Hərəkat Partiyasının da dəstəklədiyi Qriqol Vaşadze edir. Ondan sonrakı yerləri Avropa Gürcüstanı Partiyasından olan David Bakradze ilə Salome Zurabişvili paylaşır.
Ən çox oxunanlar
Son xəbərlər