Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Akopyan bu xanımları qara siyahıya saldırdı

Baxılıb: 618     Tarix: 15-10-2018 16:23   

Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər etmiş Rusiyadan olan bir qrup qadının adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzulounmaz şəxslər" siyahısına salınıb.
Report xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən siyahıda Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesserin adları yer alıb.
Daha əvvəl Azərbaycan XİN Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı bəyanat yayıb və bu təşəbbüsün Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmədiyini vurğulayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar