Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İrəvan məcburdur: Qarabağ qaytarılmasa... – Millət vəkili

Baxılıb: 585     Tarix: 24-10-2018 09:55   

Paşinyan hakimiyyətə gəlsə belə, böyük çətinliklərlə üzləşəcək.
Bunu Qanunvehedef.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
“İndi Ermənistanda əsas məsələ stabil bir hökumətin qurulmasıdır. Ancaq Dağlıq Qarabağ konflikti həll edilmədən, müharibə ehtimalı gündəlikdən çıxmadan və nəhayət, kommunikasiyalar açılmadan Ermənistanın inkişaf etməsi mümkün deyil. Ona görə də Paşinyan hakimiyyətə gəlsə belə, böyük çətinliklərlə üzləşəcək”, - deputat bildirib.
Millət vəkili vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa məcburdur: “Əks təqdirdə, Ermənistan Azərbaycanın gücü ilə üz-üzə qalacaq. Artıq Ermənistanı himayə edən dövlətlər də İrəvanın başqa yolunun qalmadığını, addım atılmayacağı təqdirdə prosesi özlərinin sonlandıracaqlarını bildirirlər”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar