Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Tokatda konfrans: Bizim üçün gözəl örnəkdir – Millət vəkili

Baxılıb: 617     Tarix: 26-10-2018 15:15   

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Tokat vilayətində “Bir millət, iki dövlət” adlı konfrans keçirib.
Qanunvehedef.az xəbər verir ki, konfransda Tokat bələdiyyə başqanı Əyyub Əroğlu, Tokat valisi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, bir sıra ziyalılar, KİV və QHT rəhbərləri iştirak ediblər.
Tokat bələdiyyə başqanı Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəyini deyib.
Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verən millət vəkili Ənvər və Nuru Paşa başda olmaqla, Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarını sevgi və rəhmətlə andığını deyib.
Millət vəkili 1918-ci ildə AXC-nin ən ağır dönəmindən, erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, həmçinin onlar arasında Tokatdan babalarımızın olmasından da danışıb.
Q.Paşayeva Qafqaz İslam Ordusunun qəhrəmanlarının türk dünyasının bugünkü və gələcək nəsilləri üçün ən gözəl örnək olduğunu deyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar