Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Paşayeva Türkiyədə konfrans keçirdi - Foto

Baxılıb: 558     Tarix: 28-10-2018 15:55   
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Qırıqqala (Kırıkkale) vilayətində “Azərbaycan–Türkiyə əlaqələri və Qarabağ problemi ” adlı konfrans keçirib.
Qanunvehedef.az xəbər verir ki, konfransda Qırıqqala bələdiyyə başqanı, valisi, Türk Ocaqları başqanı, Qırıqqala Qəzetçilər Cəmiyyəti başqanı, ziyalılar, KİV və QHT rəhbərləri, gənclər, o cümlədən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova iştirak edib.
Konfransda çıxış edən Qırıqqala valisi Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib və Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini vurğulayıb.
Konfransda çıxış edən millət vəkili Q.Paşayeva bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib və AXC-ni quran babalarımızın, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla, Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının ruhu qarşısında baş əydəyini bildirib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Qafqaz İslam Ordusunun içində Qırıqqaladan da olan babalarımdan danışan millət vəkili onları türk dünyasının bugünkü və gələcək nəsilləri üçün ən gözəl örnəklər adlandırıb.
Millət vəkili çıxışında Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə də çağırıb və “bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq” deyib:
”Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”.
Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində gənclərin suallarını da cavablandırıb, KİV-lərə geniş müsahibə verib.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar