Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Zatulin ermənidən artıq erməni olur: Qarabağ “çağırışı”

Baxılıb: 577     Tarix: 30-10-2018 15:16   

Əgər İrəvan ABŞ-ın tapşırığı ilə antiiran addımları atsa, özünə zərər vuracaq.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının erməni disporunun alətinə çevrilən deputatı Konstantin Zatulin deyib. Son səfərində sözü və mövqeyi bəlli, özü deşifrə olunduğundan, Paşinyanın adam yerinə qoyub görüşmədiyi Zatulin Ermənistanı “hədələyib”, İrəvanın “antiiran cəbhəsinə keçməsinin qarşılığının nə olacağını anladığını” bildirib.
O, Boltonun İrəvandakı Qarabağ açıqlamasına da toxunub.
“Biz hamımız Paşinyanın vəzifəyə gəlməsinin 100 günlüyündə etdiyi çıxışı eşitmişik. Mən xatırlayıram ki, o, Qarabağın taleyi haqqında qərarı xalq və “dqr” ilə məsləhətləşmədən verməyəcəyini deyirdi. Boltonun Qarabağla bağlı çıxışından görünür ki, konfliktlə bağlı qərar verən zaman Amerika administrasiyası Paşinyanın reytinqinə ümid edir”.
Zatulin həmçinin Paşinyan hökumətini dolayısı yolla xəbərdar edərək, bəzi populyar şəxslərin qeyri-populyar qərar qəbul etməklə öz reytinqlərini məhv etdiyini bildirib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar