Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Həmsədrlər Bakıya gəldi

Baxılıb: 753     Tarix: 01-11-2018 11:35   

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəliblər.
Report xəbər verir ki, noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qoşunların təmas xəttindəki vəziyyət, gərginliyin azaldılmasının, həmçinin danışıqlar prosesinin aktivləşdirilməsi və sonrakı addımların təmin olunması üzrə məsələlər müzakirə ediləcək.
Səfər zamanı həmçinin bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşünün keçirilməsi məsələsi də müzakirə olunacaq.
Xatırladaq ki, oktyabrın 29-da vasitəçilər Ermənistanda görüşlər keçiriblər.
Həmsədrlər oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ağdam rayonu istiqamətində monitorinqdə iştirak ediblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar