Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prezidentin təltif etdiyi Paşayev kimdir?

Baxılıb: 644     Tarix: 06-11-2018 11:02   

Prezident İlham Əliyev Qəzənfər Paşayevi “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı İlham Əliyev sərəncam imzalayıb.
Qəzənfər Məhəmməd oğlu Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub.
1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri kimi çalışıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
Qəzənfər Paşayev "Altı il Dəclə-Fərat sahillərində" kitabı ilə məşhurlaşıb. Professorun onlarla tədqiqat əsəri ona böyük şöhrət gətirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar