Xəbər lenti
13/05/2025 [12:29]
POEZIYA
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Deputat ABŞ-ın qarşısına çıxmağın yolunu göstərdi

Baxılıb: 519     Tarix: 06-11-2018 13:49   

"Biz çox xoşbəxt insanlarıq və bunun fərqinə varmalıyıq. Arxaya, geriyə dönüb, keçib gəldiyimiz yola, tariximizə baxmalıyıq ki, haradan haraya gəlmişik. Biz növbəti ilin büdcəsini ikinci müstəqilliyimizin 28-ci ilinə keçiddə, birinci istiqlalımızın artıq 101-ci ilində müzakirə edirik. Bu, böyük xoşbəxtlikdir və istiqalalımızın, müstəqilliyimizin qədrini, dəyərini bilməliyik".
Qanunvehedef.az xəbər verir ki, bunu parlamentin komitələrinin birgə iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
"Ancaq onu da deyim ki, əgər bu gün mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi yenə sıfırın altındadırsa, biz o zaman istədiyimiz, arzuladığımız nəticələrə çətin çata bilərik. Yalnız o zaman Amerikanın, Çinin, digərlərinin qarşısına çıxa bilərik ki, mədəniyyətimiz güclü olsun. Hansı ki, biz tarixən mədəniyyət ölkəsi sayılırıq. Amma büdcədə bunun əksini görmürük, büdcə mədəniyyətə ayrılan vəsait demək olar ki, yox dərəcəsindədir. Biz Niyaziləri, Qara Qarayevləri, Səttar Bəhlulzadələri və digərlərini necə yetişdirə bilərik?"-deyə R.Hüseynov bildirib.
Deputat qeyd edib ki, mədəniyyətə belə yanaşma varsa, heç nə olmayacaq.
"Ona görə hesab edirəm ki, mədəniyyətin fəlsəfəsinə yanaşma dəyişməlidir, mədəniyyət sahəsinə ayrılan vəsaitlər qat-qat artırılmalıdır".
R.Hüseynov kino üçün nəzərdə tutulan vəsaitin artırılmasını təklif edib. " Bu pulla hansı kinodan, uğurlu sənət əsərindən, bədii, sənədli, animasiya filmindən söhbət gedə bilər? Bu il Azərbaycan kinosunun 120 illiyi tamam oldu, hansı ki, Azərbaycan kinosu yarananda dünyanın aparıcı ölkələrində bu yox idi. Amma ayrılan bu pulla kinomuzu necə inkişaf etdirmək, dünyaya təqdim etmək olar?"
Komitə sədri deyib ki, bu gün rayonlarda mədəniyyət obyektlərinin, muzeylərin, kitabxanların çoxu bərbad, nimdaş vəziyyətdir. "Odur ki, Maliyyə Nazirliyi, hökumət mədəniyyət sahəsinə, Mədəniyyət Nazirliyinə ayrılan vəsaitə bir daha qayıtmalı, vəsaitin həcmini artırmalıdırlar".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar