Lukaşenko KTMT baş katibliyini Bakı ilə müzakirə etdi
Baxılıb: 773 Tarix: 12-11-2018 15:30
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə KTMT-nin Astanadakı sammitinə də toxunub.
Qanunvehedef.az xəbər verir ki, o, Astanadakı görüşdə əsas müzakirə mövzusunun baş katib təyin etmək olmadığını deyib. Lukaşenko baş katib təyinatı məsələsinin sammitdə cəmi 15 dəqiqə müzakirə edildiyini bildirib:
“Bizim vaxtımızı əsasən, ilk məsələ - KTMT ətrafındakı xarici situasiya aldı. Sözsüz ki, müzakirələr zamanı biz daxili siyasi situasiyaya da toxunduq, amma bu yalnız bu və ya digər prezidentin istəyi ilə baş tutdu. Orada heç kim bu və ya digər proseslərə müdaxiləyə cəhd etməyib. Məsələn, Nikol Paşinyan dekabrda baş tutacaq parlament seçkisinə toxundu və biz ona qulaq asdıq”.
Lukaşenko KTMT-də yeni baş katiblə bağlı alyansın çox variantı olduğunu deyib.
“Bu o demək deyil ki, biz Ermənistanın haqlarını pozmuşuq. Məsələ odur ki, Nikol Paşinyan gərək sadəcə hakimiyyətdəki situasiyanın öhdəsindən gəlsin. Ona görə ki, bu ölkə hazırda Avrasiya İttifaqı və KTMT-yə rəhbərlik edir. Keçid şəraitində olan ölkənin üzərinə böyük yük düşür. Ermənistan bunun öhdəsindən gələcəkmi? Əgər Nikol Paşinyan bunun öhdəsindən gəlib, bizə cavab versə, bu, Sankt-Peterburqda olacaq”.
Lukaşenko hazırda Belarusun KTMT baş katibi vəzifəsinə 3 namizədinin olduğunu deyib.

Ən çox oxunanlar
Son xəbərlər