Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Lukaşenko və Nazarbayev bizə zərbə vurdu" – İrəvan "rus NATO-su"ndan uzaqlaşır

Baxılıb: 647     Tarix: 20-11-2018 09:23   

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) mövqeyi kifayət qədər zəifləyib. Bu, vurulmuş ağır zərbə nəticəsində müəyyən oldu.
Qanunvehedef.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zaxaryan deyib.
Zaxaryana görə, Ermənistanın hərbi blok daxilindəki yerini itirməsində Belarus və Qazaxıstan prezidentlərinin - Aleksandr Lukaşenko və Nursultan Nazarbayevin müstəsna rolları var:
"Bura qədər Ermənistanın KTMT-dəki mövqeləri güclü idi. Hazırkı situasiya isə həm üzv dövlətlərlə ikitərəfli münasibətlər baxımından, həm MDB, həm Avrasiya İttifaqı, həm də KTMT-də bizim üçün mənfi nəticələr ortaya çıxarıb.
Minskin Ermənistan əleyhinə səsləndirdiyi bəyanat da qəbuledilməzdir. Ermənistan bu kimi bəyanatları nəzərdən keçirməlidir. Bura qədər isə Ermənistan sonadək baş katib postunun onda qalmasına çalışmalı idi. Mən hakimiyyətə onun görəcəyi işi öyrətmək istəmir, amma ümid edirəm ki, özü öz məsuliyyətini başa düşəcək".
Artak Zaxaryan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla görüşündə Ermənistan haqda səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Belarus və Qazaxıstanın Azərbaycanla yaxşı münasibətləri sirr deyil. Bu faktoru nəzərə alaraq, siyasət yürütməliyik".
Qeyd edək ki, məlum görüşdə Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanı öz ölkəsinin problemləri ilə məşğul olmağa çağırmışdı və qeyd etmişdi ki, Ermənistan KTMT-yə liderlik edəcək qədər güclü dövlət deyil.
Belarus prezidentinin fikirləri rəsmi İrəvanın etirazına səbəb olub.шаблоны для dle 11.2