Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan İrəvanda bundan imtina etdi

Baxılıb: 774     Tarix: 27-11-2018 12:18   

Eyni anda dörd ölkə bu gün Ermənistan paytaxtı İrəvanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (PABSEC) 52-ci iclasında yubiley medal almaqdan imtina edib.
Report xəbər verir ki, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.
Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib.
PABSEC-in Baş katibi Asəf Hacıyev isə öz növbəsində deyib ki, bundan faciə düzəltmək lazım deyil.
Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edir.шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking