Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakı ona görə hücum etmir: Qarabağ qaytarılır – Vrtanesyan

Baxılıb: 800     Tarix: 28-11-2018 10:33   

Seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistan baş naziri səlahiyətlərini yerinə yetirən Nikol Paşinyan Azərbaycana əraziləri vermək üçün mandat alacaq.
Qanunvehedef.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
“Əgər bəzilərinin dediyi kimi, bu sözləri həqiqətən Sasun “ağzından qaçırmış” olsaydı, o, ikinci dəfə də eyni sözləri təkrarlamazdı və Paşinyan onu dəstəkləməzdi. Bu, hərbçi deyil, mülki vətəndaşın dilindən çıxsaydı, mən bunun “ağzından qaçırılmış söz” olduğuna inanardım”, - Vrtanesyan bildirib.
Ekspert qeyd edib ki, Nikol Paşinyan Azərbaycan Prezidenti ilə “lift diplomatiyası”nı oynamağı bacardı və buna görə də o, indi rahatlıqla hakimiyyət uğrunda mübarizə aparır. Və bu zaman Ermənistan Silahlı Qüvvələri Naxçıvandakı mövqeləri vurmaqdan tam məhrum oldu və azərbaycanlılar öz mövqelərini möhkəmləndirməyə davam edir.
Vrtanesyan bildirib ki, dünən Nikol Paşinyan seçicilərin reaksiyalarını yoxlamaq üçün “yem atdı”:
“Əgər Qarabağ məsələsi tamamilə Paşinyan hakimiyyətinin səlahiyyətlərinə verilsə, onların reaksiyası necə olacaq? Belə görünür ki, onun təklifi alqışlarla qarşılandı. Bir neçə saatdan sonra bu təcrübəni Gümrüdə yoxladılar. Reaksiya eyni oldu”.
Qeyd edək ki, dünən Paşinyanın rəhbəri olduğu Mənim Addımım Blokunun üzvü Sasun Mikaelyan aprel inqilabının Qarabağ müharibəsindəki qələbədən yüksək olduğunu bildirib.шаблоны для dle 11.2



buy yes2win seo ranking