Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qərb və Rusiya yenidən Qafqazda üz-üzə - Gərginlik

Baxılıb: 524     Tarix: 30-11-2018 18:10   

Gürcüstanda keçmiş və indiki hökumətin arxasında İvanişvilinin durması Tiflisin əvvəlki siyasətini davam etdirəcəyini deməyə əsas verir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
“Əvvəlki hökumət iqtidara gələrkən daha böyük nüfuza malik idi. Çünki Saakaşvilinin komandası son dönəmdə böyük siyasi fəaliyyət apardı və faktiki olaraq ilk turda qalib gəldi. Buna görə də müxalifətin namizədinə qarşı böyük kampaniya gedir və hazırda onu seçkilərdə saxtakarlıqda ittiham edirlər. Bu, gələcəkdə də Gürcüstanda daxili siyasətin kəskinləşəcəyindən xəbər verir”, - ekspert bildirib.
Politoloq Zurabişvili dönəmində Gürcüstanın qərbyönümlü siyasətini daha da gücləndirəcəyini deyib:
“Gürcüstandakı seçkilərin nəticəsi əvvəlki hökumətin yeni elementlər üzərində işlədiyini göstərir. Gürcüstan prezidentinin məhz keçmiş Fransa vətəndaşı, Qərb təfəkkürlü Salome Zurabişvilinin olması bunun bariz nümunəsidir. Belə ki, son seçkilərdən sonra Gürcüstan Avropa Şurası və NATO-ya inteqrasiya siyasətini daha da gücləndirəcək”.
Zurabişvilinin qələbəsinin bütövlükdə regiona təsirinə gəlincə, politoloq Fransanın Qafqazda daha da aktivləşəcəyini bildirib:
“Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makronun regiona səfəri də məhz bundan xəbər verirdi. Bu mənada Zurabişvilinin qələbəsi Parisin ürəyincədir. Ermənistanın son durmunu da nəzərə alsaq, Qafqaz yenidən Rusiya və Qərbin kəskin mübarizə zonasına çevriləcək. Bildiyiniz kimi, Qərb Gürcüstanda NATO-nun hərbi hava limanını tikmək istəyir. NATO-nun regiona gəlişində Fransa da maraqlıdır. Hesab edirəm ki, Rusiya bunun qarşısını almaq üçün yeni mövqe tutmalı olacaq”.шаблоны для dle 11.2