Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Köçəryan Bakıya gəlir

Baxılıb: 531     Tarix: 13-12-2018 11:45   
Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq.
Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
İrəvanı iclasda Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Köçəryan təmsil edəcək.
QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.
Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib.
QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar