Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu gün Ermənistanda baş nazirin adı məlum olacaq

Baxılıb: 638     Tarix: 08-05-2018 11:24   
Bu gün Ermənistan parlamenti ikinci turda baş nazir seçəcək.
 
Qanunvehedef.az tert.am-a istinadla bildirir ki, bunun üçün saat 12:00-da parlamentdə xüsusi iclas keçiriləcək. Baş nazir postuna vahid namizəd isə “Yelk” (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyandır.
O, ikinci turda iki fraksiyadan yetəri sayda dəstək almalıdır ki, yeni höküməti qura bilsin.
Bu arada Respublikaçılar Partiyasının sədr müavini Vahram Baqdasaryan bildirib ki, parlamentdəki hakim partiya üzvləri də Nikol Paşinyana səs verəcək. Artıq bununla bağlı partiyadaxili qərar da qəbul edilib.
 
Qeyd edək ki, 105 deputatdan ibarət Ermənistan parlamentində baş nazirin  seçilməsi üçün 53 millət vəkilinin “hə” deməsi vacibdir. Əks təqdirdə parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri  keçiriləcək. Yeni qanuna görə, yalnız bundan sonra hökümət başçısını seçmək mümkün olacaq.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar