Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanla bu göstərici 500 milyona çatacaq – Səfir

Baxılıb: 720     Tarix: 27-12-2018 15:17   

Biz qarşılıqlı səylərimiz sayəsində Belarus ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi sahəsində sanballı uğurlara nail olmuşuq. Cari ilin 10 ayı ərzində Belarus ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi artaraq 400 milyon ABŞ dollarına çatıb. İlin sonuna qədər bu göstəricinin 450-500 milyon dollara çatacağı gözlənilir.
Qanunvehedef.az xəbər verir ki, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bu sözləri dekabrın 27-də Belarusun Bakıdakı səfirliyində 2018-ci ildə Belarus-Azərbaycan münasibətlərinin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.
Belarus-Azərbaycan münasibətlərinin yüksək potensialını qeyd edən diplomat vurğulayıb ki, bu münasibətlər daha da inkişaf edəcək:
“Bizim iqtisadiyyatlarımız bir-birini qarşılıqlı tamamlayır. Belarusdan Azərbaycana əsasən məhsullar qida məhsulları və əczaçılıq malları idxal olunur, Azərbaycan isə, öz növbəsində, Belarusa neft-kimya məhsulları, tərəvəz və qeyri-neft sahəsinə aid bir sıra başqa mallar ixrac edir”.шаблоны для dle 11.2