Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Pol Qobl: Erməni lobbisinin ABŞ-da təsiri...

Baxılıb: 613     Tarix: 04-01-2019 12:10   
Erməni lobbisinin ABŞ-da təsiri Azərbaycanda düşünüləndən daha azdır.
Qanunvehedef.az xəbər verir ki, bunu “Haqqin.az” saytına açıqlamasında ABŞ Dövlət katibinin keçmiş xüsusi müşaviri, ekspert Pol Qobl deyib. ABŞ Senatının Örl Litzenbergeri Azərbaycana səfir kimi təsdiq etməsinə münasibət bildirən Qobl erməni lobbisinin ABŞ-ın bəzi bölgələrində əvvəllər olan təsirinin azaldığını deyib:
“Amerikadakı ermənilərin Kaliforniya və Massaçusets ştatlarında ciddi təsiri var, lakin situasiya dəyişir. İndi neft və Türkiyənin münasibətləriylə bağlı narahatlıq var. Bu, hər şeydən daha vacibdir”.
Qeyd edək ki, bundan öncə ABŞ-dakı erməni lobbisi Litzenbergerin Azərbaycana səfir təyin edilməsinə qarşı çıxıb.
Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirinin müavini və ABŞ-ın Qırğızıstandakı səfirinin müavini olub. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.шаблоны для dle 11.2