Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Gizli Qarabağ danışıqları: Moskvanın yeni təklifi...

Baxılıb: 744     Tarix: 04-01-2019 12:45   
Dağlıq Qarabağ məsələsinin həlli ətrafında tamamilə yeni bir vəziyyət yaranıb.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bunu son aylar danışıqlar prosesi ilə bağlı yaranmış nikbinliklə əlaqələndirib:
“Düzdür, hələ detallar tam məlum deyil, ancaq danışıqlar prosesindəki nikbinlik birbaşa konkret mövzuların müzakirəsi ilə bağlıdır. Hələ ki, bu məsələlərin müzakirəsi gizli şəkildə aparılır. Söhbət əlbəttə ki, ilkin mərhələdə Azərbaycan torpaqlarının boşaldılmasından və qaçqınların qayıtmasından gedir. Çox güman ki, Ermənistan tərəfi danışıqlarda Dağlıq Qarabağ nümayəndələrinin də iştirakını irəli sürür. Bakı İrəvanın ideyasına Azərbaycan icmasının da danışıqlar prosesində iştirakı qarşılığında razılıq verə bilər. Əslində, bu tamamilə yeni bir vəziyyətdir. Çünki Ermənistan tərəfi illərlə icmalararası dialoqun əleyhinə çıxıb. Görünür, İrəvan artıq bu ideyanı dəstəkləyir”.
Ekspert Rusiyanın hələ ki, bu məsələyə konkret münasibət göstərəcəyini düşünmür:
“Moskva-İrəvan dialoqu demək olar ki, bərbad vəziyyətdədir. Rusiya daha çox bu dialoqu normal vəziyyətə qaytarmağa çalışacaq. Yalnız bundan sonra Dağlıq Qarabağ məsələsi Rusiya-Ermənistan dialoqunda prioritet olacaq. Əks təqdirdə Rusiyadan problemin həllinə dair yeni təkliflər gözləmək çətin olacaq. Bütün hallarda əsas situasiya yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq. Məhz bu görüş Rusiyanın nə dərəcədə fəal olacağını ortaya qoyacaq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar