Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Boltonun Türkiyə səfəri: Plan alt-üst oldu...

Baxılıb: 653     Tarix: 09-01-2019 16:05   

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İsraildən sonra Türkiyə səfəri siyasi fiaskoya uğradı.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Boltonun İsraildə Suriyadan çəkilməklə Türkiyənin YPG terror təşkilatını qoruması ilə bağlı bəyanatı Ankaranın hissiyyatına toxunmaqdır:
“Bu açıqlamadan sonra onun Türkiyə səfəri reallaşmamalı idi. Çünki gözlənildiyi kimi danışıqlar baş tutmadı, hətta prezident Ərdoğan onunla görüşdən imtina etdi. Sirr deyil ki, Boltonun Türkiyəyə və şəxsən Ərdoğana qarşı antipatiyası var. Ona görə də səfər edəcəyi və müttəfiqi olan bir ölkəyə qarşı aşağılayıcı, təhlükəsizliyini təhdid edən açıqlama verməsi Ankaraya hədə mesajıdır”.
Politoloq vurğulayıb ki, Bolton Türkiyəni danışıqsız tərk etməli oldu:
“Halbuki, Bolton səfərində Türkiyənin İrana qarşı sanksiyalara qoşulması, Rusiya və Türkiyə əlaqələri və Ankaranın Fəratın şərqinə planlaşdırdığı əməliyyat müzakirə olunacaqdı. Türkiyənin əsas narahat edən problemi olan YPG-yə ABŞ-ın dəstəyi davam etdiyi üçün Ankara bu danışıqlara ehtiyac duymayıb. Ümumiyyətlə, Bolton İsrail, Türkiyə və ABŞ üçbucağı formalaşdırmağa gəlmişdi. Amma onun YPG-ni qorumaq kimi bəyanatı bu planı alt-üst etdi”.
Politoloq qeyd edib ki, Türkiyənin YPG-yə qarşı planlaşdırdığı hərbi əməliyyat reallaşacaq:
“ABŞ məcbur qalıb, Türkiyənin tələblərini qəbul edəcək. Türkiyəni itirmək, ABŞ-ın Yaxın Şərqdən çıxması deməkdir. Nə İsrail, nə də Səudiyyə Ərəbistanı heç vaxt Türkiyənin siyasi və hərbi yerini tuta bilməz. Ona görə ki, bu iki ölkə Vaşinqtonun protektorluğunda olan ölkələrdir və Ağ Evdən idarə olunurlar”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar