Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Leontyev Ermənistan barədə dediklərinə aydınlıq gətirib

Baxılıb: 675     Tarix: 12-05-2018 11:06   

Mən hər zaman siyasi efirlərdəki çıxışlarım zamanı şəxsi fikirlərimi ifadə edirəm, “Rosneft”in mövqeyini yox.
Qanunvehedef.az xəbər verir ki, bunu məşhur rusiyalı jurnalist, teleaparıcı, “Rosneft” şirkətinin mətbuat katibi Mixayil Leontyev RBK-ya verdiyi açıqlamada bildirib.
Leontyev “Komsomolski Pravda” radiostansiyasının efirində səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
“Mən fərdi sahibkaram, mənim öz hüquqlarım və öz mövqeyim var. Məni harasa, tutalım “KP” radiosuna dəvət edirlərsə, mənim öz mövqeyimi ifadə etməyə tam haqqım var. Məni elə buna görə, ora dəvət edirlər.
Mənim bəzən kifayət qədər radikal olan şəxsi fikrimi “Rosneft”in mövqeyi kimi qələmə vermək,  fırıldaqçılıq və təhrikçilikdir.”, - deyə Leontyev bildirib.
Xatırladaq ki, Leontyev “KP” efirində ermənilərin Rusiyadan başqa heç kimə lazım olmadığını və ölkənin bütün tarix boyunca Rusiyanın çiyinlərinə düşən əlavə yük olduğunu dilə gətirmişdi.
“Yalnız və yalnız bizim dəstəyimiz hesabına bu gün mövcud olan xalqın bizi xainliklə şantaj etməsinə haqqı yoxdur.
Kimsə ağzını açıb, belə bir fikir səsləndirsə, bunun bir fakt olduğunu anlamalıdır, onların buna haqqı yoxdur.
Biz olmasaydıq, fiziki baxımdan nə erməni nə də Ermənistan olardı. Ümumiyyətlə mövcud olmazdılar”, - deyə Leontyev bildirmişdi.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar