Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bolton Paşinyanla danışdı: Nikol Qarabağı “gizlətdi”?

Baxılıb: 728     Tarix: 24-01-2019 11:50   
Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında telefon danışığı olub.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı Paşinyan öz Feysbuk səhifəsində paylaşıb.
“Regional situasiya və ikitərəfli əlaqələrə aid məsələlər müzakirə edildi. Cənab Bolton və mən Ermənistan-ABŞ münasibətlərinin vacibliyini qeyd etdik. Razılaşdıq ki, münasibətlərimizin bundan sonrakı inkişafı ilə bağlı müzakirələri davam etdirək”, – deyə o bildirib.
Paşinyan müzakirə zamanı Qarabağ məsələsinə toxunulmadığını xüsusi vurğulasa da, ekspertlər Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşünün ardınca baş tutan bu danışığın təsadüfü olmadığını iddia ediblər.
Qeyd edək ki, C.Bolton ötən il Cənubi Qafqaza səfəri çərçivəsində İrəvanda olarkən Qarabağ problemi ilə bağlı ciddi açıqlamalar vermiş, Azərbaycanla razılaşmalı və Qarabağ siyasətini dəyişməli olduğunu, həmçinin Ermənistanın inkişafı üçün Rusiyanın təsirindən qurtulmasını məsləhət görmüşdü.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar