Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Daşnaklar liderlərini dəyişdilər: Paşinyana Qarabağ tələbi

Baxılıb: 985     Tarix: 25-01-2019 12:10   
Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində keçirilən Daşnaksütyun Partiyasının ümumi iclası başa çatıb.
Qanunvehedef.az xəbər verir ki, iclas zamanı Daşnaksütyunun ali icraedici orqanı olan Büronun yeni üzvləri seçilib. Daşnakların qərarına əsasən, Büronun yeni rəsmi nümayəndəsi Yakov Ter-Xaçatryan olub. Büronun rəhbəri vəzifəsinə isə Armen Rüstəmyan təyin edilib.
Daşnaksütyun iclasdan sonra bəyanat da yayıb. Bəyanatda Ermənistan və qondarma Qarabağ rejimi arasında təcili olaraq “hərbi-siyasi ittifaq” haqqında razılaşmanın bağlanılması tələb edilib. Bundan başqa, Qarabağdakı separatçı rejimə sosial-iqtisadi, təhlükəsizlik barədə dəstək verilməsi istənilib. Daşnaklar həmçinin İrəvanın Qarabağla bağlı apardığı danışıqlarla əlaqədar iki tələb irəli sürüb: danışıqlarda separatçı rejimin tam təmsil olunması və Ermənistan hökumətinin beynəlxalq platformalarda Qarabağın təhlükəsizliyinin və “müstəqilliyinin” qarantı öhdəliyi ilə çıxış etməsi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar