Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Boltonun Əliyev və Paşinyana zəngi: ABŞ təşəbbüsü ələ alır

Baxılıb: 467     Tarix: 30-01-2019 16:40   
Boltonun Azərbaycan Prezidentinə telefon zəngini təsadüfi saymıram.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun yanvarın 29-da Azərbaycan prezidentinə telefon zəngini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi sözügedən zəngi təsadüfi saymamasının səbəblərinə aydınlıq gətirib:
“Bolton bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyana da zəng etmişdi. Doğrudur, Paşinyan telefon danışığından sonra rəqiblərini sakitləşdirmək üçün and-aman etdi ki, Bolton onu yalnız baş nazir seçilməsi münasibətilə təbrik edib. Ancaq Bolton İlham Əliyevlə bir sıra mövzularla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini də müzakirə edib. Demək, bu mövzu Paşinyanla da müzakirə edilib, sadəcə o, Qarabağ klanından ehtiyat etdiyi üçün bu haqda açıqlama verməyib. Bunların üzərinə ABŞ milli kəşfiyyatının rəhbəri Deniel Koutsun bir neçə gün əvvəl Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana biləcəyi açıqlamasını da əlavə etsək, ABŞ-ın bölgə ilə bağlı hərəkətə gəldiyini söyləmək olar”.
Politoloq bütün bunların nə anlama gəldiyini də açıb:
“Birincisi, ABŞ hazırda dünyanın hər yerində Rusiyanın maraqları ilə mübarizə aparır. İki dövlətin son toqquşduğu məkan Venesueladır. ABŞ prezidenti Maduronu devirmək istəyən qüvvələri dəstəkləyir, Moskva isə əksinə Venesuellanın hazırkı prezidentindən ikiəlli yapışıb. Suriyada da işlər yaxşı getmir. ABŞ Suriyadan çıxmaq istəyir, ancaq Rusiyanın bu ölkəyə tam hakim olmasını əngəlləmək üçün yollar axtarır. Ukrayna uğrunda mübarizə də davam edir. Görünür, tədricən növbə Cənubi Qafqaza çatır. Mümkündür ki, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi birlikdə Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıb və bunun ana xətlərindən biri Rusiyanın bölgədəki təsirlərinin azaldılmasına yönəlib. Ona görə də Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayı artıb”.
Siyasi şərhçi Rusiyanın Avrasiya bölgəsindəki mövqelərinin sıxışdırılması üçün ABŞ-ın regional münaqişələrin həllindəki fəallığını artıracağını da istisna etməyib:
“Məsələn, Rusiya təmsilçiləri Əfqanıstanda Taliban hərəkatı ilə gizli təmaslara başlayanda Vaşiqnton vəziyyəti dəyişməyə çalışdı. Bu gün Taliban təmsilçiləri amerikalı diplomatlarla Qətərdə görüşürlər və hansısa razılığa gəlməyə çalışırlar”.
Politoloq bildirib ki, ABŞ 2000-ci ildən bu yana Qarabağ məsələsinin həllində xüsusi fəallıq nümayiş etdirməyib:
“ABŞ-da Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü 19 il əvvəl olub. Görünür, Vaşinqtonda yenidən bu mövzuya qayıtmağı lazım bilirlər. Trampdan olsaydı, bölgəmizlə maraqlanmazdı. Ancaq Trampın güclü komandası var və Bolton kimi təcrübəli diplomat anlayır ki, heç bir bölgəni Rusiyaya bəxşiş vermək olmaz, bunun nəticəsi yaxşı olmur. Gürcüstan və Ukrayna buna misaldır. İndi Vaşinqtondan tələb olunan Moskva və Paris görüşlərindən sonra Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü ABŞ-da təşkil etməkdir. Ancaq görüşün məzmunlu olması və tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq üçün alt səviyyədə fəaliyyət başlamalıdır. O ki qaldı ABŞ Milli Kəşfiyyat rəhbərinin “Rusiya müharibəni alovlandıra bilər” mesajına, bu, daha çox Bakı və İrəvana xəbərdarlıqdır ki, qonşunuzdan ehtiyatlı olun, o, sizinlə münasibətlərdə səmimi deyil”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar