Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yutub “azərbaycanlı-çeçen davası”nı niyə silmir? – Şok

Baxılıb: 703     Tarix: 18-02-2019 14:51   

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib.
Partiyadan Qanunvehedef.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi və cari məsələlər müzakirə olunub. İctimai-siyasi məsələlərin müzakirəsi çərçivəsində ötən həftə Rusiyanın paytaxtı Moskva şəhərində çeçen millətindən olan bir qrup şəxsin azərbaycanlıların ictimai-iaşə obyektinə hücumu nəticəsində yaranan qarşıdurmaya, bəzi qüvvələrin yaranmış vəziyyətdən sui-stifadə etmək cəhdlərinə də toxunulub.
İdarə Heyətinin iclasında Qafqazın aborigen xalqları olan azərbaycanlılarla çeçenləri yüzillərin sınağından keçmiş dostluq münasibətlərinin, ortaq dəyərlərin və ənənələrin birləşdirdiyi, ən çətin günlərdə bu iki xalqın nümayəndələrinin bir-birinə dəstək verdikləri vurğulanıb. Qeyd olunub ki, hadisələrin inkişaf dinamikası, sosial şəbəkələrdə və bəzi digər internet resurslarında azərbaycanlı-çeçen qarşıdurmasına çağırışlar baş verənlərin öncədən hazırlanmış təxribat olduğuna şübhə yaradır: “Çeçen xalqının ayrı-ayrı xarici ölkələrdə, o cümlədən Belçikada sığınacaq tapmış bəzi nümayəndələrinin azərbaycanlıların, eləcə də digər xalqlarının nümayəndələrinin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı çağırışları, çoxsaylı şikayətlərə baxmayaraq, bu qəbildən olan çağırışların hələ də Yutub və bu kimi digər sosial şəbəkələrdən silinməməsi prosesin arxasında Qafqaz xalqlarını qarşıdurmaya sövq etmək niyyəti güdən qüvvələrin dayandığını sübuta yetirir. BAXCP İdarə Heyəti hesab edir ki, açıq şəkildə terrora, insanları etnik mənsubiyyətinə görə qətlə yetirməyə və digər insanlıq əleyhinə cinayətlərə çağırış edən şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməli, onların yaşadıqları ölkələrin müvafiq dövlət qurumları qarşısında belə şəxslərin cinayətkar əməllərinə son quyulması ilə bağlı vəsatət qaldırılmalıdır.
BAXCP Rusiyada yaşayan azərbaycanlıları və çeçen diasporunun nümayəndələrini üçüncü qüvvələrin, o cümlədən Ermənistanın xüsusi xidmət orqanlarının təxribatlarına uymamağa, sayıq olmağa, təxribatlara qarşı vahid mövqe nümayiş etdirməyə çağırır”.
BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan digər məsələ xaricdə yaşayan Azərbaycan vətəndaşlarına müvafiq dövlət xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsi ilə bağlı olub. BAXCP İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu istiqamətdə planlaşdırdıqları işləri təqdir etdiyini bildirib.
Qeyd olunub ki, xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının müvafiq sənədlərlə, həmçinin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi onların hüquqularının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. BAXCP İdarə Heyəti ümid edir ki, bu işbirliyi çərçivəsində Türkiyədə, əsasən İstanbul şəhərində kompakt şəkildə yaşayan, Naxçıvandan olan vətəndaşlarımızın da şəxsiyyət vəsiqələri və digər sənədlərlə təmin edilmələrinə imkan yaradılacaq.
BAXCP İdarə Heyəti Azərbaycan hökumətini iş tapmaq məqsədi ilə paytaxt Bakıya və ölkənin digər ərazilərinə köç edən Naxçıvan sakinlərinə, Naxçıvana gediş-gəlişin çətin olduğu nəzərə alınaraq, yaşadıqları ərazilərdə şəxsiyyət vəsiqəsi və digər sənədləri ala bilmələri üçün müvafiq tədbirlər həyata keçirməyə çağırıb. BAXCP İdarə Heyəti hesab edir ki, Naxçıvan Muxtar Respublikasının da müvafiq dövlət qurumları ASAN Xidmət sisteminə inteqrasiya edilməli və Muxtar Respublikanın ərazisində ASAN Xidmət Mərkəzləri açılmalıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar