Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Prezidentdən bu məsələni xahiş edirik – Millət vəkili

Baxılıb: 665     Tarix: 19-02-2019 16:30   
Dünən bir qrup hüquq müdafiəçisi Daxili İşlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüb. Görüşdə bir qrup cinayət törətmiş şəxsin əfv edilməsi ilə ilə bağlı siyahı təqdim edilib. Mən də bu müraciəti dəstəkləyirəm.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib:
“Həm yerli hüquq müdafiəçiləri, həm də bir qrup beynəlxalq təşkilatın bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla, digər məhbusların mövcud cəzalarının böyük bir hissəsi kəsilib, əfv edilə bilər. Cənab Prezidentdən xahiş edirik ki, onları əfv etsin”.
Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili İşlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Bir qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət ediblər.шаблоны для dle 11.2