İlham Əliyev Günter Ottingerlə görüşdü
Baxılıb: 645 Tarix: 20-02-2019 14:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edildi, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulanıb.
Prezident İlham Əliyev bu layihənin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib.
Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etməkdən məmnunluğunu bildirib, layihənin icrasında Azərbaycan tərəfindən peşəkar komandanın fəal çalışdığını vurğulayıb. Qonaq bu layihənin uğurlu icrasında Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib.
Dövlətimizin başçısı Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ən çox oxunanlar
Son xəbərlər