Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Mədət Quliyev Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Baxılıb: 751     Tarix: 28-03-2019 10:53   

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir.
Qanunvehedef.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadənxəbər verir ki, Xidmətin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və DTX-nin əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılib, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin, əbədi müstəqil Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət irsinin və yüksək peşəkarlıq məktəbinin şərəfli davamçıları olmaqdan qürurla fəxr edirlər.
Ulu öndər Heydər Əliyev 23 mart 1997-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününü təsis etmiş, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi varisliyinin təmin edilməsinə qərar vermişdir.
Müasir Azərbaycan dövlətçiliyi qədim və şərəfli tarixi dərin köklərə, yüz illər boyu nəsillərdən-nəsillərə ötürülən ənənələrə bağlıdır. "Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır", - deyən ulu öndər Heydər Əliyevin mənalı ömrü və möhtəşəm dövlətçilik fəaliyyəti məhz xalqımızın tarixi ənənələrinə sadiqliyinin ən bariz nümunəsidir.
Ümummilli lider bu tarixi ənənələrə nəinki əsl vətəndaş və rəhbər məsuliyyəti ilə yanaşmış, həm də özü Azərbaycanın yeni, müasir dövlətçilik tarixini yaratmış, daha mükəmməl dövlət idarəçiliyi ənənələrinin əsasını qoymuşdur. Müstəqil və suveren dövlətin simvolu, siyasət dahisi, doğma Vətəni hədsiz məhəbbətlə sevən, qətiyyətli və fədakar bir insan kimi xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, Azərbaycanın indiki və gələcək nəsilləri üçün ən dəyərli örnəkdir.
Ulu öndər Heydər Əliyevin çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarından birində - təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı 25 il ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi onun həyat yolunu müəyyənləşdirən mühüm amil idi. Sovet hakimiyyəti dövründə özünün nadir istedadı və fenomenal bacarığı sayəsində bu orqanda sıravi əməkdaşdan komitə sədri və general rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı kimi adını tarixə yazdıran Heydər Əliyev, həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısıdır.
Dahi rəhbər Heydər Əliyev deyib: "...Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin".
Müasir dövrdə xüsusi xidmət orqanlarının əsas vəzifəsi vətəndaşın, cəmiyyətin və dövlətin ən ümdə maraqlarını qorumaq, ölkənin sabit inkişafı və mənafeləri əleyhinə yönəlmiş təhlükə və təhdidlərə qarşı mübarizə aparmaqdır.
Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan məqsədyönlü, ardıcıl və qətiyyətli daxili və xarici siyasət sayəsində bu gün heyrətamiz tərəqqi yolunda inamla addımlayan müstəqil Azərbaycan regionun lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlət müstəqilliyinin, maraqlarının və təhlükəsizliyinin, ölkənin ərazi bütövlüyünün, vətəndaşların hüquq və azadlıqlarının, cəmiyyətin maddi və mənəvi dəyərlərinin qorunması sahəsində üzərinə düşən məsul vəzifələri Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bundan sonra da yüksək səviyyədə, şərəflə və vicdanla yerinə yetirəcək.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar